
“Saab” şirkəti CV90 PDM-ləri üçün əlavə UTAAS sifarişi alıb
“Saab” şirkəti “Combat Vehicle 90” (CV90) piyada döyüş maşınları (PDM) üçün “BAE Systems Hägglunds” şirkətindən əlavə UTAAS nişangah və atəşi idarəetmə sistemləri sifarişi alıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 880 milyon İsveç kronudur (90 milyon ABŞ dolları).
Modul quruluşa malik olan UTAAS, CV90 PDM-ləri üçün nəzərdə tutulmuş inteqrə nişangah və atəşi idarəetmə sistemidir. UTAAS-dan həm hava, həm də yerüstü hədəflərin vurulmasında istifadə edilir.
Xatırladaq ki, bundan əvvəl “BAE Systems Hägglunds” CV90-lar üçün “Saab”a 64.2 milyon dollar dəyərində UTAAS sistemləri sifariş edib.