Boeing “Phantom Eye”nin testlərinə başladı

“Boeing” şirkəti yeni çoxməqsədli pilotsuz uçuş aparatı olan “Phantom Eye”nin sınaqlarına başlayıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə “Boeing” şirkətinin yaydığı məlumatda bildirilib.

Sınaqlar ABŞ Hərbi Hava Qüvvələrinin Edvardse bazasında keçirilib. PUA-nın Əfqanıstanda döyüş sınaqlarının keçirilməsi planlaşdırılır.

76,25 metr qanad açıqlığına malik “Phantom Eye”nin faydalı yükü 203 kq təşkil edir. Maksimum 20 km yüksəkliyə qalxa biləcək PUA-nın kreyser sürəti 278 km/saata çatdırılacaq. PUA-nın boş çəkisi 3 390 kqdır. Aparat 96 saatdan 240 saatadək havada qala biləcək.

KATEQORIYA: