“Boeing” Səudiyyə Ərəbistanının F-15 təyyarələrinə texniki xidmət göstərəcək

“Boeing” Səudiyyə Ərəbistanının F-15 təyyarələrinə texniki xidmət göstərəcək

ABŞ-ın “Boeing” şirkəti Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin (HHQ) F-15 döyüş təyyarələrinə təmir, texniki xidmət və logistika dəstəyi göstərəcək.

Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) istinadən xəbər verib.

Bildirilib ki, bunun üçün Pentaqon və “Boeing” şirkəti arasında 49.6 milyon dollar dəyərində Xarici Hərbi Satış (FMS) müqaviləsi imzalanıb.

Müqavilə Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcılarının C/D/S və SA modellərinə təmir, texniki xidmət və logistika dəstəyini nəzərdə tutur.

CATEGORIES