Ukrayna Müdafiə Qüvvələri yeni kəşfiyyat PUA-ları ilə təchiz ediləcək

Ukrayna Müdafiə Qüvvələri yeni kəşfiyyat PUA-ları ilə təchiz ediləcək

Dron Koalisiyasının tərəfdaş ölkələri Ukrayna Müdafiə Qüvvələri üçün taktiki kəşfiyyat (ISR) PUA-larının alınmasına dair birgə fonddan 20 milyon avro ayırmağa qərar verib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, pilotsuz uçuş aparatlarının üç ay ərzində Ukrayna Müdafiə Qüvvələrinə çatdırılması gözlənilir.

Qeyd edək ki, Dron Koalisiyası 2024-cü ilin fevralında Ramşteyn formatında keçirilən 19-cu görüş zamanı Latviya və Ukraynanın təşəbbüsü ilə yaradılıb. Hazırda Latviya və Böyük Britaniya koalisiyanın işini əlaqələndirir. Liderlərdən başqa, koalisiyaya daha 15 dövlət – Avstraliya, Çexiya, Danimarka, Fransa, Estoniya, İtaliya, Yeni Zelandiya, Kanada, Litva, Lüksemburq, Niderland, Norveç, Polşa, Almaniya və İsveç daxildir.

Dron Koalisiyası fəaliyyət göstərdiyi bir il ərzində Ukrayna tərəfdaşlardan 2 milyard avrodan çox yardım alıb. Bu yardım həm pilotsuz uçuş aparatlarının (PUA) tədarükü, həm də yerli və xarici istehsal olan dronların alınması üçün maliyyə dəstəyi şəklində həyata keçirilib.

CATEGORIES