
ROKETSAN şirkətinin inkişaf etdirdiyi SUNGUR raketinin “hava-hava” sınağı keçirilib.
“Poliqon” ROKETSAN-a istinadən xəbər verir ki, sınaq zamanı “Akıncı” pilotsuz uçuş aparatından (PUA) buraxılan SUNGUR raketi hava hədəfini tam dəqiqliklə vurub.
Qeyd edək ki, SUNGUR raketinin maksimum mənzili 8 km təşkil edir. Raket sabit və fırlanan qanadlı, eləcə də pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.





