“Boeing” təkmilləşdirilən ilk AH-64 “Apache” helikopterini sifarişçiyə çatdırıb

“Boeing” təkmilləşdirilən ilk AH-64 “Apache” helikopterini sifarişçiyə çatdırıb

ABŞ-ın “Boeing” şirkəti tərəfindən modernləşdirilən ilk AH-64 “Apache” helikopteri Niderland Hərbi Hava Qüvvələrinə təhvil verilib.

“Poliqon” “Boeing”ə istinadən xəbər verir ki, modernləşdirmə nəticəsində Niderland HHQ-ə məxsus AH-64D helikopteri hazırda ən son modernizasiya olan AH-64E v6 konfiqurasiyasına yüksəldilib.

Bildirilib ki, modernizasiya olunan helikopterin döyüş gücü, ətraf məlumatlılığı və xidmət ömrü artırılıb.

Qeyd edək ki, Niderland HHQ-ə məxsus 28 ədəd AH-64D helikopterinin təkmilləşdirilməsi üçün “Boeing” şirkətinə sifariş 2019-cu ildə verilib. Sifarişə əsasən şirkət 2025-ci ilə kimi bu helikopterləri AH-64E v6 konfiqurasiyasına yüksəldərək Niderland HHQ-ə təhvil verməlidir.

“Boeing” şirkəti 1984-cü ildən indiyə qədər 18 beynəlxalq müştəriyə 2600 ədəddən AH-64 “Apache” helikopteri təhvil verib. Hazırda isə 1260 ədəddən çox AH-64 “Apache” helikopteri aktiv formada fəaliyyət göstərir və bunların da 665 ədədi AH-64E v6 variantıdır.

Xatırladaq ki, şirkət hazırda AH-64E v6-nın əsasında hazırlanan “Modernized Apache” adlı yeni modifikasiyanın üzərində işləyir və bu helikopteri yaxın günlərdə geniş şəkildə təqdim etməyi planlaşdırır.

Poliqon.az

CATEGORIES
TAGS