“Boeing” şirkəti AH-64 “Apache” helikopterini modifikasiya edib

“Boeing” şirkəti AH-64 “Apache” helikopterini modifikasiya edib

ABŞ-ın “Boeing” şirkəti AH-64 “Apache” helikopterinin modifikasiya edilmiş yeni veriyasını hazırlayıb.

“Poliqon” “Boeing” şirkətinə istinadən xəbər verir ki, “Modernized Apache” adlandırılan bu modelin yaxın zamanlarda geniş formada təqdimatı keçiriləcək.

Bildirilib ki, modifikasiya olunan yeni model özündən əvvəlki AH-64E v6-nın əsasında hazırlanıb və gücü, mənzili, səmərəliliyi, eləcə də sürəti artırılıb.

Bu modeldə tətbiq olunan modulyar açıq sistem yanaşması (MOSA) helikopterə müxtəlif sistemlərin cəld və sürətli şəkildə inteqrasiyasına şərait yaradır.

“Modernized Apache” yeni əməliyyat sistemləri ilə təchiz olunub ki, bu da öz növbəsində pilotun işinin və üzərinə düşən yükün azaldılmasına imkan verir. Həmçinin helikopter əməliyyat sahəsində və müxtəlif hava şəraitində dayanıqlı əlaqənin təmin edilməsi üçün müasir sensorlarla təchiz olunub.

Poliqon.az

CATEGORIES
TAGS