
Bolqarıstan ABŞ-dan əlavə “Javelin” raketləri alacaq
Bolqarıstan parlamenti ABŞ-dan əlavə “Javelin” tank əleyhinə idarə olunan raketlərin satın alınmasını tədiqləyib.
“Poliqon” BTA Xəbər Agetliyinə istinadən bildirir ki, parlament tərəfindən təsdiqlənən satınalmanın dəyəri 82.7 milyon ABŞ dolları təşkil edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamenti 114 milyon dollar dəyərində 218 ədəd “Javelin” raketinin Bolqarıstana satışını təsdiq edib.