Bolqarıstan İraqa zirehli texnikalar ixrac edib

Bolqarıstan İraqa zirehli texnikalar ixrac edib

İraqın Müdafiə Nazirliyi Bolqarıstanın “Apolo Engineering” şirkətindən T-72M2 tankı və BMP-1 piyadanın döyüş maşınları (PDM) alıb.

“Poliqon” un məlumatına görə, İraq hökuməti tərəfindən 2021-ci ilin iyununda Bolqarıstana sifariş edilən zirehli texnika partiyasının dəyəri 245 milyon ABŞ dolları təşkil edib.

Tədarük edilən yeni partiyada ən azı 1 ədəd T-72M2 tankı və 10 ədəd BMP-1 PDM olduğu bildirilib.

Hazırda İraq Ordusun texnika parkında təxminən 100 ədəd M1A1 “Abram” tankı, 73 ədəd T-90S tankı, 168 ədəd T-72M/M1 tankı və 50-yə yaxın köhnə T-55-dən ibarət ümumilikdə ən azı 391 əsas döyüş tankı, habelə 400 ədəd BMP-1 PDM, 90 ədəd BMP-3M PDM, 60 ədəd BTR-4, 100 ədəd BTR-80A zirehli transportyoru mövcuddur.

Qeyd edək ki, İraq Ordusu Bolqarıstandan başqa mütəmadi olaraq, Çexiya, Yunanıstan və Ukraynadan da hərbi texnikalar alır.

BMP 1

BMP-1 piyadanın döyüş maşınları

T 72M2 əsas

T-72M2 tankı

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS