Bolqarıstan və İsrail hərbi əməkdaşlığa dair müqavilə imzalayıb
Bolqarıstan və İsrail arasında hərbi təlim və müdafiə sənayesində əməkdaşlığa dair iki müqavilə imzalanıb. Bu barədə Bolqarıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Müqavilə Tel-Əvivdə Bolqarıstan müdafiə naziri Anyu Angelov və İsrail müdafiə naziri Ehud Barak tərəfindən imzalanıb.
Görüşdə müdafiə nazirləri ölkələr arasında ortaq araşdırmalar, tədqiqatlar, istehsal və ticarət də daxil olmaqla müdafiə sənayesi sahəsində əməkdaşlığı qarşıya məqsəd qoyduqlarını bildiriblər.
KATEQORIYA: Müdafiə