“Boran” topunun ilk partiyası Türkiyə Quru Qoşunlarına təhvil verilir – VİDEO

“Boran” topunun ilk partiyası Türkiyə Quru Qoşunlarına təhvil verilir – VİDEO

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən istehsal edilən yedəkdə daşınan 105 mm-lik “Boran” yüngül artilleriya topunun ilk partiyası Türkiyə Quru Qoşunlarına təhvil verilir.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, 105 mm-lik “Boran” topu Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün ölkənin Milli Müdafiə Nazirliyinə bağlı MKE şirkətinin mühəndisləri tərəfindən dizyan edilib və hazırlanıb. Bununla, çətin ərazi şəraitində aparılan əməliyyatlarda Silahlı Qüvvələrin döyüş imkanlarının artırılması hədəflənib.

Kütləsi 1780 kiloqram olan “Boran” artilleriya qurğusu istifadəçiyə həm havadan, həm də qurudan daşınma imkanı verir ki, bu da onun qısa müddət ərzində lazımi nöqtəyə çatdırılmasına şərait yaradır. Top gecə-gündüz 360 dərəcə atəş açmaq, 1 dəqiqə ərzində hazır vəziyyətə gətirilmək, -32 dərəcə ilə +44 dərəcə hava temperaturunda fəaliyyət göstərmək bacarığına sahibdir.

Atəşi idarəetmə sistemi ilə təchiz edilən “Boran” topunun atış uzaqlığı 17 kilomter təşkil edir. 105 mm-lik top dəqiqədə 6 atəş aça bilir.

Qeyd edək ki, “Boran” beynəlxalq standartlardakı 24 sınaqdan uğurla keçərək ötən ilin yanvarında Türkiyə Silahlı Qüvvələrinin inventarına qəbul olunub.

Poliqon.az

CATEGORIES
TAGS