Böyük Britaniya əlavə “Type 26” freqatları alır
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri “BAE Systems” şirkətindən əlavə beş ədəd “City” sinfinə aid olan “Type 26” freqatı alır.
“Poliqon” BAE Systems”ə istinadən xəbər verir ki, bununla bağlı şirkət və Böyük Britaniya HDQ arasında dəyəri 4.2 milyard funt sterlinq olan müqavilə imzalanıb.
Şirkətdən bildirilib ki, müqavilə ilə nəzərdə tutulan məbləğin 1.8 milyard funt sterlinqlik həcmi gəmilərin inşası üçün lazım olan hissələrin alınmasına sərf ediləcək. Həmin alınacaq hissələrin 1.2 milyard funt sterlinq dəyərində olan həcmi Böyük Britaniya şirkətlərinin payına düşür.
Qeyd edək ki, müasir döyüş gəmisi olan “Type 26” freqatları həm sualtı qayıqlara qarşı mübarizə aparmaq, həm də havadan gələn təhdidləri zərərsizləşdirmək üçün nəzərdə tutulub.