Böyük Britaniya freqatlarını yeni CESM sistemləri ilə təchiz edir

Böyük Britaniya freqatlarını yeni CESM sistemləri ilə təchiz edir

“Babcock International Group” şirkəti Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin istifadəsində olan “Type 23” freqatları üçün “Ardent Wolf” CESM (Rabitə Elektron Dəstək Tədbirləri) sistemləri tədarük edəcək.

“Poliqon” “Babcock International Group”a istinadən xəbər verir ki, bununla bağlı şirkət və Böyük Britaniyanın Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb.

Müqaviləyə görə, şirkət altı il ərzində Böyük Britaniya HDQ-nin “Type 23” freqatlarına “Ardent Wolf” CESM-nin quraşdırılmasını, təmirini, texniki xidmətini və logistik dəstəyini, habelə sistemdən istifadə edəcək personalın təlimini həyata keçirəcək.

Xatırladaq ki, şirkət cari ilin aprelində Böyük Britaniyan Hərbi Dəniz Donanmasının ehtiyaclarını qarşılamaq və “Type 23″ləri əvəz etmək üçün “Type 31” freqatlarının inşasına başlayıb.

Poliqon.az

CATEGORIES
TAGS