Braziliya daha yüngül “AM 20” radiolokasiya kompleksini silahlanmaya qəbul edib

Braziliya hava hücumundan müdafiə üçün yüngül çəkili “Agrale Marruá AM 20” mobil radiolokasiya kompleksi hazırlayıb.
“AzeriDefence”nin məlumatına görə, radiolokasiya kompleksi böyük olmayan avtomobildə quraşdırılır və sistemə daxil olan avadanlıqlar bütünlüklə yerli məhsullardan ibarətdir. RLS hava hədəflərini 60 km uzunluqda olan məsafədən və 5 km hündürlükdə aşkar edə bilir.

Yeni radiolokasiya sisteminin üstünlüklərindən biri də onun həcmi ilə bağlıdır ki, bu qurğudan idman yarışları zamanı turnirlərin keçirildiyi ərazinin hava ərazisinin mühafizəsi üçün istifadə edilməsi mümkündür.

Kompleks yüksək keyfiyyət, uzunömürlülüyü və sadə strukturu ilə digərlərindən fərqlənir.

KATEQORIYA: