Braziliya Gripen E/F döyüş təyyarələrini istehsal edəcək

Braziliya Gripen E/F döyüş təyyarələrinin istehsalına hazırdır. “AzeriDefence”nin “Aviation Week”ə istinadən verdiyi məlumata görə, bu qənaətə İsveçrə şirkəti olan SAAB gəlib. ABŞ-ın Boeing F/A-18E/F və Fransanın Dassault Rafale döyüş təyyarələri ilə rəqabət apara biləcək bu təyyarənin istehsalına Braziliya 4 ildən sonra başlanacaq.

Gripen E/F-in ilk prototipi 2013-cü ildə hazırlanacaq. Bu təyyarənin Braziliya tərəfindən istehsalı isveçrə uçuş texnikasının Latın Amerikasına yola açmasına səbəb olacaq.

Məlumatda o da qeyd olunub ki, artıq Taylandda bu təyyarəyə meyl göstərməyə başlayıb. Belə ki, bu ölkə artıq 12 adıçəkilən döyüş təyyarəsi alıb. Şirkət Malaziya və Filippin, İndoneziya və Vyetnamdan sifariş qəbul edəcəyinə ümid edir.

CATEGORIES