Bundesver əlavə 120 mm-lik mərmilər alır

Bundesver əlavə 120 mm-lik mərmilər alır

Almaniyanın “Rheinmetall” şirkəti Bundesverin “Leopard 2” əsas döyüş tankları üçün əlavə 120 mm-lik mərmilər tədarük edəcək.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı şirkət və Bundesver arasında müqqavilə imzalanıb.

Müqaviləyə əsasən şirkət Almaniya Ordusuna ümumi dəyəri 42 milyon Avro olan DM98 ve DM88 sursatları təhvil verəcək.

Qeyd edək ki, DM-88 sursatı 2015-ci ildən indiyə kimi Almaniya Ordusu tərəfindən istifadə olunur. DM98 mərmisinin ilk partiyası isə Almaniya Silahlı Qüvvələrinə 2017-ci ildə təhvil verilib.

Poliqon.az

CATEGORIES
TAGS