Xəbərlər
Bundesver “Enforcer” TƏİR kompleksi ilə silahlanacaq

2024-cü ildə Almaniya Ordusunun həm quru qoşunlarına, həm də xüsusi əməliyyat qüvvələrinə yeni portativ yüksək dəqiqlikli “Enforcer” yüngül tank əleyhinə idarə olunan raket komplekslərinin (TƏİRK) tədarükünə başlanacaq.
“Poliqon” xəbər verir ki, hazırda “MBDA Germany” şirkəti bu silah nümunəsinin sınaqlarını keçirir.
Bütün sistem çox yığcamdır. Nişangah və nəqletmə-buraxma konteyneri ilə birlikdə kompleksin kütləsi təxminən 12 kq, raketin özünün kütləsi isə 7 kiloqramdır.
Məmulat stasionar və hərəkətli hədəfləri dəqiq vurmaq üçün təyin edilib.
Əsas xassələri:
- maksimal atəş məsafəsi – 2000+ metr;
- işləmə prinsipi – “atdın – unutdun”;
- tətbiq olunmaya gecə-gündüz passiv hazırlıq;
- bütün atış məsafəsi boyunca yüksək dəqiqlik;
- çoxrejimli detonatorlu çoxfunksiyalı döyüş başlığı;
- döyüş başlığını havada partlatma imkanı;
- qapalı məkanlarda atış üçün uyğunluq;
- heyəti – bir nəfər.
Əhəd Əzizov




