Bürhan Özgür: İŞBİR Azərbaycanla əlaqələrini gücləndirir

Bürhan Özgür: İŞBİR Azərbaycanla əlaqələrini gücləndirir

Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fonduna (TSKGV) daxil olan İŞBİR şirkətinin istehsalı olan məhsullar IDEF-2021 sərgisində nümayiş etdirilib.

“Poliqon” xəbər verir ki, İŞBİR bu gün qardaş ölkədə hərbi təyinatlı generator və alternatorların ilk və aparıcı istehsalçısıdır. Şirkət zaman-zaman Azərbaycan da daxil olmaqla regionun bir sıra dövlətlərinin ordularına generatorların ixracını həyata keçirib.

İŞBİR şirkətinin fəaliyyət sahələrinə generator, alternator, elektrogen qrupları, elektrik panoları və konvertorların dizaynı, yaradılması, istehsalı, testlərinin keçirilməsi, sertifikasiyası, kalifikasiyası və logistik təminatı daxildir.isbir idef21

İŞBİR şirkətinin baş direktoru Bürhan Özgürün “Poliqon”a verdiyi açıqlamasına görə, Türkiyədə və dünyada artan enerji istehlakı ilə əlaqədar olaraq enerji sahəsindəki investisiyalar çoxalır: “Günümüzdə ekoloji və səssiz generatorlar böyük maraq yaradır və tələb olunur. Bununla əlaqədar, İŞBİR bir ilkə imza ataraq, Türkiyənin ilk Səssiz Taktik Generatorunu istehsal edib. İŞBİR önəmli bir ehtiyacı qarşılayaraq, 5-10-20-30 kW güclərdə taktik səssiz generatorları istehsal edərək patentini almanın qürurunu yaşayır. Müdafiə sənayesi layihələri çərçivəsində hazırda müəssisəmizdə 5 kW tək, 2×5 kW Dual, 10 kW tək, 2×10 kW Dual, 20 kW tək, 2×20 kW Dual, 30 kW tək və 2×30 kW Dual Taktik Səssiz Generatorların istehsalı davam etməkdədir. Bir sonrakı hədəfimiz daha fərqli güclərdə səssiz taktik generatorları yaratmaq və istehsal etməkdir. Hazırda 50 kVA gücünün üzərində çalışmalarımız davam edir. Qarşıdakı dövrdə isə 500 kVA-lara qədər generatorların istehsalı planlaşdırılır”.

Bürhan Özgür bildirib ki, bu gün gəlinən nöqtədə İŞBİR Türkiyənin müdafiə və aviasiya sənayesində davam edən çox sayda layihədə önəmli yer tutur: “Türkiyə Silahlı Qüvvələrində istifadə olunan bütün pilotsuz uçuş aparatlarının (PUA) yer sistemlərinin generator qruppları İŞBİR tərəfindən istehsal olunmaqdadır. PUA generator qruplarının istehsalı çərçivəsində, TUSAŞ-ın “Anka”, “Baykar Makina” şirkətinin “Bayraqdar TB2” və “Vestel Savunma” şirkətinin “Karayel” PUA-larının bütün generatorları bizim müəssisələrimizdə, İŞBİR mühəndislərinin dizaynı və texniklərinin əməyi ilə istehsal olunaraq Silahlı Qüvvələrimizin xidmətinə təqdim edilib.

MRS5631Quru Qoşunları Komandanlığının ehtiyacına uyğun olaraq Taktik Sahə Rabitə Sistemlərində (TASMUS) 2 ədəd 15 kVA gücündə yedəkdə daşınan generatorlarımız var. Bu generatorlar eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin də eyni layihəsində istifadə olunacaq. Bundan başqa, Avtomatlaşdırılmış Atəş Dəstək Layihəsi (ADOP) çərçivəsində 2 ədəd 15 kVA generator, Mobil Yüksək Dalğa Kəsmə və Dinləçə Sistemlərində istifadə olunan 2 ədəd 13 kVA Dual generator, Modulyar Müvəqqəti Bazalar üçün istehsal edilən fərqli güclərdə sinxron generatorlar, Sərhəd Təhlükəsizliyi Layihəsi çərçivəsində istifadə edilən 2 ədəd 25 kVA Dual generatorlar və Radiostansiya Sistemi Layihəsi çərçivəsində istifadəedilən 2 ədəd 13 kVA avtomatik yedəkli generatorların istehsalı davam etməkdədir.

Hərbi Dəniz Qüvvələri Komandanlığının silahlanmasındakı MİLGEM generatorları layihənin üçüncü gəmisi “Burgazada” və dördüncü gəmi “Kınalıada” ilə davam edib və bu gəmilərin generatorları da İŞBİR tərəfindən istehsal olunub. “Burgazada”nın generatorları artıq dövriyəyə qoşulub və 2017-ci ilin oktyabr ayında liman testləri tamamlanıb. Test və Ölçmə Gəmisində (TVEG) istifadə olunacaq 4 ədəd 750 kVA gücündə generatorların istehsalı tamamlanıb və qurulmaq üçün tərsanəyə göndərilib”.

MRS5630İŞBİR-in ixracat coğrafiyası və hədəflərindən danışan Bürhan Özgür bildirib ki, rəhbərlik etdiyi şirkət həm hərbi, həm sənaye, həm də dəniz generatorları üçün bazar axtarışlarına davam edirir. Hazırda İŞBİR İraq, Səudiyyə Ərəbistanı, Pakistan, Qazaxıstan, Qətər, Azərbaycan və digər ölkələrlə olan satış bağlantıları digər Qafqaz və Mərkəzi Asiya, o cümlədən Afrika bazarına girməklə artırmağa çalışır.

“Bir neçə il əvvələ qədər Azərbaycana əhəmiyyətli sayda satışlarımız vardı. Azərbaycan Silahlı Qüvvələrinə (sərhəd birliklərinə) və özəl sektora generatorlar satmışıq. Ancaq fərqli səbəblərdən ixracatımız xeyli azaldı. İndi hədəfimiz ticarət həcmimizi artırma və dost-qardaş Azərbaycan ilə ticarət əlaqələrimizi inkişaf etdirməkdir. Bununla yanaşı, dolayı da olaraq generatorlarımız Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə daxil olmaqdadır. ASELSAN-ın vermiş olduğu sistemlərdə İŞBİR generatorları istifadə olunur”, – deyə İŞBİR-in baş direktoru vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS