Cənubi Koreya USV yerüstü pilotsuz müşahidə vasitəsi hazırlayıb

Cənubi Koreya USV yerüstü pilotsuz müşahidə vasitəsi hazırlayıb

Cənubi Koreyanın “Hanwha Defence” şirkəti tərəfindən 6×6 təkər formullu yerüstü USV pilotsuz müşahidə vasitəsi yaradılıb.

Bu barədə “Poliqon” “Ukrainskiy militarniy portal”ına istinadən xəbər verib.

22 aprel tarixində Cənubi Koreya Müdafiə Satınalma Proqramı Agentliyi (DAPA) Pilotsuz Müşahidə Vasitəsinin (USV) yaradılmasının uğurla tamamlandığını elan edib.

Maşının yaradılmasına Cənubi Koreyanın Müdafiə İnkişaf Agentliyi (ADD) və Cənubi Koreyanın Müdafiə Satınalma Proqramı Agentliyi rəhbərlik edib.

Cənubi Koreyanın “Hanwha Defence” şirkəti 6×6 təkər formullu pilotsuz təkərli avtomobilin yaradılmasına, platformaya rabitə və müşahidə sisteminin inteqrasiyasına məsul olub.

“Bu pilotsuz müşahidə vasitəsi, taktiki yollar, yolsuzluq şəraiti və torpaq yollar da daxil olmaqla müxtəlif ərazilərdə yerləşən mexanikləşdirilmiş bölmələri məsafədən idarə etmək üçün istifadə edilə bilər”, – deyə “Hanwha Defence” şirkətinin nümayəndəsi bildirib.

Məlumatda “Dünyada ilk dəfə olaraq orta və iri pilotsuz yerüstü döyüş maşınlarının sistem layihələndirilməsi mərhələsinə qədəm qoyulduğu” bildirilir.

Yeni nəqliyyat vasitəsi kəşfiyyat, hədəfgöstərmə və düşmənlə birbaşa atəş təması kimi müxtəlif növ hərbi əməliyyatları həyata keçirmək üçün təyin edilib.

USV-nin yaradılmasına 2018-ci ildə əməliyyat imkanlarının sınanmasına və qiymətləndirilməsinə, habelə əsas texnologiyaların hazırlığına vurğu ilə başlayıb. Ötən ilin dekabr-fevral aylarında keçirilmiş son səhra sınaqları zamanı pilotsuz sistem orduda yerləşdirilmək üçün kifayət qədər əsas əməliyyat tələblərini uğurla qarşılayıb.

2021-ci ilin mart ayında USV, avtomobilin sərbəst idarə edilməsi, maneələrin aşkarlanması/qarşısının alınması və müşahidə də daxil olmaqla əsas pilotsuz texnologiyalara cavab verən TRL 6  texnoloji hazırlıq səviyyəsinə çatıb. TRL 6, tam miqyaslı sistemlərin gələcək inkişafı üçün əsas şərtdir.

USV həm uzaqdan, həm də avtonom şəkildə, yəni pilotsuz versiyada işləyə bilir. Nəqliyyat vasitəsi izləmə, hərəkət marşrutunun idarə edilməsi, maneələrin aşkarlanması/qarşısının alınması və rabitə itkisi halında marşrut planlaşdırılması kimi mürəkkəb pilotsuz funksiyaları yerinə yetirə bilir.

Avtomobil “Hanwha Defence” şirkəti tərəfindən hazırlanmış uzaqdan idarə olunan döyüş moduluna quraşdırılmış pulemyotla silahlandırılıb. Platformanı optoelektronik stansiya və ya rabitə retranslyatoru kimi müxtəlif avadanlıqlar quraşdırmaqla digər vəzifələrin yerinə yetirilməsindən ötrü asanlıqla yenidən qurmaq mümkündür.

178359171 307503937541558 2414589885304470786 n

Yerüstü döyüş maşını USV idarəetmə maşını ilə birlikdə

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS