
Estoniya Türkiyədən aldığı yeni zirehli maşınlarını təqdim edib
Estoniya Müdafiə Qüvvələrinə təhvil verilən yeni ARMA 6×6 və NMS 4×4 zirehli maşınları təqdim olunub.
Bu barədə “Poliqon” Estoniya Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, sürətlə müdafiə qabiliyyətini gücləndirən Estoniya bu prosesi davam etdirəcək.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) Türkiyənin “Otokar” şirkəti ilə ARMA 6×6 və “Nurol Makina” şirkəti ilə NMS 4×4 zirehli maşınlarının tədarükünə dair müqavilələr imzalayıb.
Müqavilələr çərçivəsində hər iki zirehli maşının 2025-ci ilin sonuna kimi Estoniya Müdafiə Qüvvələrinə çatdırılması planlaşdırılıb.
Cari ilin yanvar ayında Estoniya Müdafiə Qüvvələri ARMA 6×6 və NMS 4×4 zirehli nəqliyyat vasitələrinin partiyalarını təhvil alıb.