“Trakon Lite” silah sistemi “Salvo” insansız katerinə inteqrasiya edilib – VİDEO

“Trakon Lite” silah sistemi “Salvo” insansız katerinə inteqrasiya edilib – VİDEO

“Unirobotics” şirkətinin hazırladığı “Trakon Lite” uzaqdan idarə olunan silah sistemi “Dearsan” tərsanəsinin “Salvo” insansız katerinə inteqrasiya edilib.

“Poliqon” “Unirobotics”ə istinadən xəbər verir ki, “Salvo” insansız katerindən atış sınaqları həyata keçirilən “Trakon Lite” silah sistemi hədəfləri dəqiqliklə məhv etməyi bacarıb.

Aşağı profilli, yüngül çəkili və çox yönlü silah stansiyası olan “Trakon Lite” əsasən 12.7 mm-lik pulemyot və ya 40 mm avtomatik qumbaraatan ilə silahlandırılır. “Trakon Lite” həmçinin hüquq-mühafizə orqanlarının ehtiyaclarına uyğun olaraq 5.56 mm-lik və ya 7.62 mm-lik pulemyotlarla da silahlandırıla bilər.

“Trakon Lite”nin yığcam ölçülü olması onun yerüstü döyüş robotlarından tutmuş zirehli maşınlara, əsas döyüş tanklarına qədər istənilən quru nəqliyyat vasitəsinə asanlıqla quraşdırılmasına imkan verir.

Bundan başqa, ölçüləri sayəsində “Trakon Lite” silah sisteminin kiçik, sürətli və çevik hücum / patrul katerlərinə, xüsusi əməliyyat gəmilərinə və insansız katerlərə quraşdırılması mümkündür.

Yüksək intensivlikli münaqişə şəraitində silah sisteminin kritik komponentlərini qorumaq üçün istəyə bağlı olaraq “Trakon Lite” zirehlə təchiz edilə bilər.

CATEGORIES
TAGS