HavaXəbərlər

Ukraynanın yeni “Firefly” sursatı seriyalı istehsala hazırdır

Ukrayna Müdafiə Nazirliyi “Firefly” adlı yeni idarəolunan yüksək dəqiqlikli sursat hazırlayıb.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sursat sınaqlardan uğurla keçib və seriyalı istehsala hazır vəziyyətə gətirilib.

Bildirilib ki, “Firefly” 800 metrədək hündürlükdən effektiv fəaliyyət göstərə bilir. Daşıyıcı platformadan buraxıldıqdan sonra sursat uçuş trayektoriyasını müstəqil şəkildə hesablayır və hədəfə doğru korreksiya edir. O, düşmənin radioelektron mübarizə vasitələrinin təsiri altında belə yüksək dəqiqliyini qoruyub saxlayır. Bu xüsusiyyət daşıyıcı platformanın təhlükəsiz məsafədə qalmasını təmin etməklə istehkamların və digər möhkəmləndirilmiş mövqelərin məhv edilməsinə imkan verir.

Back to top button