C-295AEW&C sınaq uçuşlarını başa çatdırıb
“Airbus” şirkəti C-295 hərbi nəqliyyat təyyarəsinin bazasında yaradılmış uzaq məsafəli radiolokasiya təyyarəsinin uçuş sınaqlarının birinci mərhələsini başa çatdırıb. Sınaqların gedişatında təyyarənin füzelyajının üstündə yerləşdirilmiş radar blokunun və onun dayaqlarının agrodinamik sxemi təsdiq edilib. Təyyarənin RLS sistemi İsrailin Elta şirkətinə məxsusdur.
Bundan başqa, sınaqlar vaxtı təyyarənin əsas xarakteristikaları təyin edilib. Belə ki, əldə olunmuş nəticələrə əsasən, C-295AEW&C səkkiz saat boyunca havada qalaraq 6,1-7,3 min metr hündürlükdə nəzarət uçuşları həyata keçirə bilir. C-295 salonunda məlumatların işlənməsi və radarı idarə etmək üçün 6 konsol yerləşdiriləcək.
CATEGORIES Aerospace