
Cəbhədə bu gün daha bir erməni hərbçisi öldürülüb.
“AzeriDefence”nin məlumatına görə, hadisə iyunun 17-si saat 09:40 radələrində Qarabağ cəbhəsinin şimalında baş verib.
Atışma nəticəsində Ermənistan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü əsgər Narek Tiqranoviç Qasparyan öldürülüb.
Qeyd edək ki, ötən gün axşam saatlarında cəbhədə baş verən atışmada Ermənistan Ordusunun 3 hərbi qulluqçusu öldürülüb, 2 əsgəri isə yaralanıb. Yaralı hərbçilərin vəziyyətinin ağır olduğu və onların İrəvandakı Mərkəzi Hərbi Hospitala aparıldığı bildirilir.



