Cəbhədə erməni əsgəri məhv edilib

Cəbhə xəttində təxribata cəhd göstərən Ermənistan Ordusunun hərbçisi öldürülüb.

“AzeriDefence”nin məlumatına görə, hadisə ötən gecə Qarabağ cəbhəsində baş verib. Atışma zamanı Ermənistan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu məhv edilib.

Erməni mediasının yaydığı məlumata görə, yanvarın 9-u saat 21:30-da baş verən atışmada 1996-cı il təvəllüdlü əsgər Aramais Voskanyan öldürülüb.

Əsgər A. Voskanyan Ermənistanın Kəvər rayonundan hərbi xidmətə çağırılıb və işğal olunmuş Azərbaycan ərazilərindəki hərbi birləşməyə göndərilib.

CATEGORIES