
Dekabrın 12-si axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Qeyd edək ki, bu gün cəbhə xəttinin Füzuli rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir PUA vurulub.




