
ABŞ istehsalı olan AH-64E “Apache” döyüş helikopteri Cənubi Koreya Ordusunun silahlanmasına qəbul edilir.
Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.
Yangpyeong vilayətində yerləşən hərbi bazada keçirilən təlimdə 6 ədəd “Apache” döyüş helikopteri iştirak edib. Helikoterlər 2 ədəd raket ilə iki kilometr uzaqlıqda olan hədəfləri dəqiqliklə vurub. Bununlada “Apache” helikopterlərinin ilk atış testləri uğurla həyata keçirilib.
Məlumatda o da qeyd olunub ki, Cənubi Koreya 2017-ci ildə 36 ədəd “Apache” döyüş helikopterini ordunun silahlanmasına qəbul edəcək.
Sürəti 269 km/saat olan AH-64E döyüş helikopterləri AGM-114 “Hellfire” “hava-yer” və AIM-92 “Stinger” “hava-hava” tipli raketlərlə silahlandırılıb.



