Cənubi Koreya KBRN təhlükələrinə qarşı yeni ZTR hazırlayır

Cənubi Koreya KBRN təhlükələrinə qarşı yeni ZTR hazırlayır

Cənubi Koreyanın Müdafiə Nazirliyi kimyəvi, bioloji, radioloji və nüvə (KBRN) təhlükələrinə daha yaxşı tab gətirə bilən yeni zirehli transportyorun (ZTR) konseptini təqdim edib.

“Poliqon” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Təminatı Proqramı Administrasiyası (DAPA – Defense Acquisition Program Administration) məlumat yayıb.

Bildirilib ki, ölkənin müdafiə xərclərini azaltmaq üçün yeni ZTR Cənubi Koreya Ordusunda (RoKA) xidmətdə olan “Kia” K311 və “Doosan” K200 köhnə hərbi nəqliyyat vasitəsinin komponentləri ilə hazırlanır.

Yeni ZTR havadakı kimyəvi maddələri uzaqdan izləyə və xüsusi avadanlıq vasitəsilə aşkarlaya biləcək.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS