Çexiya L-39NG-nin seriyalı istehsalını davam etdirir
Çexiyanın “Aero Vodochody” şirkəti tərəfindən L-39NG təlim-döyüş təyyarəsinin seriyalı istehsalı davam etdirilir.
“Poliqon”un “Aero Vodochody” şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, seriyalı istehsadan çıxan və hazırda tamamlanma işləri görülən ilk L-39NG təlim-döyüş təyyarəsinin bu ilin sonuna kimi havaya qalxması gözlənilir.
Məlumatda o da qeyd olunub ki, artıq istehsalçı şirkət L-39NG-nin qlobal bazarda satıla bilməsi üçün lazım olan tip sertifikatını əldə edə bilib.
Xatırlatmaq yerinə düşər ki, cari ilin aprelində “Aero Vodochody” şirkəti ilə Macarıstan Hərbi Hava Qüvvələri arasında 12 ədəd L-39NG təyyarəsinin alınması ilə bağlı müqavilə imalanıb (bax: Macarıstan L-39NG təlim-döyüş təyyarələri alır).
Elşən Abdulkərimov
Poliqon.az