RegionXəbərlər

Çexiya Müdafiə Nazirliyinin nümayəndə heyəti MKE-nin Sursat Zavodunu ziyarət edib

Çexiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin Sursat Zavodunu ziyarət edib.

“Poliqon” xəbər verir ki, bu barədə MKE şirkəti məlumat yayıb.

Ziyarət çərçivəsində nümayəndə heyəti istehsal prosesləri və müəssisədə hazırlanmış məhsullarla yerində tanış olub.

Həmçinin heyətə potensial əməkdaşlıq imkanları ilə bağlı ətraflı məlumat təqdim edilib.

Back to top button