
Ceyhun Bayramov: Regional gərginlik fonunda hərbi qüvvələrin hazırlıq səviyyəsi maksimuma çatdırılıb
Azərbaycanın təhlükəsizlik tədbirləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə həyata keçirilir.
“Poliqon” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə keçirilən brifinqdə söyləyib.
Nazir bildirib ki, regional gərginlik fonunda hərbi qüvvələrin hazırlıq səviyyəsi maksimuma çatdırılıb.
“Əlavə təhlükəsizlik tədbirləri çərçivəsində Tehrandakı səfirliyimizin və Təbrizdəki baş konsulluğumuzun evakuasiyası barədə göstəriş verilib, çünki Azərbaycan vətəndaşlarının təhlükəsizliyi diqqət mərkəzindədir”, – deyə C.Bayramov vurğulayıb.


