Xəbərlər

Çin “Airshow China-2021”də yeni aviasiya vasitələrini nümayiş etdirir – FOTO 

Çin müdafiə sənayesi kompleksinin bütün çalarları bu günlərdə Çjuhayda təqdim olunur.

“Poliqon” xəbər verir ki, sentyabrın 28-də bu Çinin Çjuhay şəhərində fəaliyyətə başlayan “Airshow China-2021” 13-cü Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisində Çin və xarici şirkətlər öz inkişaflarını təqdim edirlər.

Ən maraqlı eksponatlar arasında isə Çinin 5-ci nəsil J-20 qırıcısı, Y-20 hərbi nəqliyyat təyyarəsi, KJ-500 erkən xəbərdarlıq təyyarəsi, H-6K bombardmançısı və HQ-9B hava hücumundan müdafiə raket kompleksi yer tutur.

Çinin yeni J-16D radioelektron mübarizə təyyarəsi və WZ-7 yüksəklik kəşfiyyat pilotsuz uçuş aparatı ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunur (həmçinin bax: Çində WZ-7 PUA təqdim olunacaq).

Qeyd edək ki, sərginin açılış mərasimində Çin Hərbi Hava Qüvvələrinin pilotaj qrupları genişmiqyaslı aviaşou nümayiş etdiriblər. Sərgi oktyabr 3-dək davam edəcək.

China Airshow 17 20210928 530 880

China Airshow 16 20210928 530 880 1

China Airshow 11 20210928 530 880

China Airshow 8 20210928 530 880

China Airshow 7 20210928 530 880

China Airshow 6 20210928 530 880

China Airshow 5 20210928 530 880

China Airshow 4 20210928 530 880

China air show 3 20210929 530 880

China air show 1 20210929 530 880

China Airshow 1 20210928 530 880

76e1f42c547f4e78b3f093266c63ce1d

5b258d4b9e114172ae286e6d9119b4a9

Əhəd Əzizov

Poliqon.az

Back to top button