Çin Xalq Respublikası ötən il Azərbaycan Silahlı Qüvvələrinə 6 milyon Çin yuanı (təxminən 951 067 ABŞ dolları) məbləğində təmənnasız hərbi əmlak yardımı göstərib. Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq hərbi mənbələrdən məlumat verilib. Yardım Azərbaycan Müdafiə Nazirliyi və Çin Xalq Respublikası Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası ötən ilin iyul ayında imzalanmış Prtokola uyğun olaraq həyata keçirilib. Yardım çərçivəsində Çin Müdafiə Nazirliyi tərəfindən Azərbaycana fərqli növlərdə 130 ədəd manqa üçün qış çadırları, 40 ədəd yay çadırları, xüsusi təyinatlı qoşunların desant çıxarması üçün 60 ədəd helikopter kəndirləri, uçuş heyəti üçün 20 ədəd QTK-1 şlemofonu (dəbilqə), uçuş heyəti üçün 50 ədəd oksigen maskası, 10 ədəd rezin qayıq, 26 ədəd RAFT-A-10 xilasetmə salı və 31 ədəd tənəffüs aparatı verilib.