
Çin Rusiyadan “Sukhoi” şirkətinin istehsalı olan Su-35 döyüş təyyarələri alır.
Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.
Bununla bağlı iki ölkə arasında 2015-ci ildə 2 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb.
Müqavilə çərçivəsində “Sukhoi” şirkəti Çinin sifarişi əsasında 24 ədəd Su-35 təyyarənin istehsalını həyata keçirir.
Artıq 4 ədəd döyüş təyyarəsi sifarişçiyə təhvil verilib.
Qeyd edək ki, Su-35 təyyarəsi yüksək manevr imkanlarına malik çoxfunksiyalı “4++” nəsil qırıcısı hesab olunur.
Qırıcının bəzi texniki xarakteriskaları beşinci nəsil təyyarələrinin tələblərinə cavab verir. Təyyarə yeni qanad və idarəetmə sistemi ilə təchiz olunub.
Su-35 (NATO adı Flanker-E) döyüş təyyarəsi iki AL-117S turboreaktiv mühərrikə də malikdir.



