Müdafiə
Çin Type-99G tankının ən yeni modifikasiyasını məxfilikdən çıxarıb

Çin Type-99G əsas döyüş tankının ən yeni modifikasiyasını məxfilikdən çıxarıb. “AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, Çin Silahlı Qüvvələri Şimali Koreya ilə sərhəddə keçirdiyi təlimlərdə Type-99G (ZTZ99G) tankının ən yeni modifikasiyasından istifadə edib.
Bu Type-99G tankının birinci rəsmi nümayişi olub. Qeyd edək ki, 2008-ci ildə Çin hərbi sənaye kompleksinin belə bir tank hazırlaması məlum olub.
Xatırladaq ki, Type-99G tankları və onların taktik-texniki xarakteristikaları haqqında məlumatlar məxfiləşdirilmişdi. Çəkisi təxminən 55 ton olan ZPT98 tankı 125 mm çaplı yivsiz lüləli topa malikdir. Tankın silahı həmçinin idarə olunan raket mərmilər ilə atəşaparılması üçün uyğunlaşdırılıb.



