Çin yeni hücum tüfəngini sınaqdan keçirib

Çin yeni hücum tüfəngini sınaqdan keçirib

Çin QBZ-191 indeksli yeni hücum tüfəngini sınaqdan keçirib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Çinin CCTV televiziyası məlumat yayıb.

QBZ-191 tüfəngi NORİNCO Korporasiyasının 208 saylı Silah Sənayesi Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb. Yeni silah 5.8×42 mm kalibrli unikal patronlardan atəş açır.

QBZ-191 tüfənginin üç versiyada – 267 mm və 368 mm uzunluğunda lülələrlə, habelə snayperlər üçün daha uzun lülə ilə istehsal ediləcəyi planlaşdırılır.

Silahın avtomatikası qaz porşeninin qısa gedişinə əsaslanır. QBZ-191 tək və avtomatik rejimdə atəş açmaq imkanına malikdir. Yeni silah Çin Ordusunun silahlanmasında yer alan QBZ-95 avtomatının darağı ilə komplektləşdirilib.

Tüfəng qatlanan və uzunluğu tənzimlənən qundağa malikdir. Lülə qutusunun üzərində optik nişangahlar bərkitmək üçün pikkatini tamasaları qurulub.

Qeyd edək ki, Çin Xalq Qurtuluş Ordusu 2017-ci ildə QBZ-95-1 standart hücum tüfəngini yenisi ilə əvəz etməyi planlaşdırdığını bildirirdi. Yeni QBZ-191 hücum tüfəngləri ilk dəfə 2019-cu il oktyabrın 1-də Çin Xalq Respublikasının 70 illiyinə həsr olunmuş hərbi paradda nümayiş etdirilib.

CATEGORIES
TAGS