Çin yeni təkərli ÖAQ nümayiş etdirib

Çin yeni təkərli ÖAQ nümayiş etdirib

Çinin NORINCO müdafiə şirkəti tərəfindən hazırlanmış və ixrac bazarlarına yönəlmiş tam avtomatlaşdırılmış özüyeriyən artilleriya qurğusu (ÖAQ) özündə 6×6 yük maşını şassisini 155 mm-lik haubitsalı pilotsuz qüllə ilə birləşdirir.

“Poliqon” “Malaysian Defence” nəşrinə istinadən xəbər verir ki, yeni ÖAQ qülləsi ilk dəfə 2022-ci ildə NORINCO şirkətinin kataloqunda görünən konstruksiya olan SH16 tırtıllı özüyeriyən haubitsada istifadə edilənlə eynidir.

Tırtıllı SH16 ÖAQ-nun mövcud olduğuna dair sübutların az olmasına rəğmən, təkərli SH16 haqqında Youtube-də çoxsaylı videolar (https://www.youtube.com/watch?app=desktop&v=SRta8rCljPo…) mövcuddur və onun canlı atəş etdiyi nümayiş olunur.

Qeyd olunduğu kimi, yeni platforma özündə 6×6 yük maşını şassisinə quraşdırılmış 14 tonluq pilotsuz qülləni tərənnüm edir. NORINCO şirkəti yeni ÖAQ-ın döyüş kütləsini 32 ton olaraq qeyd edir.

Yüksək səviyyədə avtomatlaşdırma sayəsində, SH16 ÖAQ-ının heyəti cəmi iki nəfərdən ibarətdir. Operator kabinadan çıxmadan mövqedə açılma və atəş prosesini həyata keçirə bilər.

6×6 təkər formullu şassiyə quraşdırılmış yeni qülləli haubitsa internet istifadəçiləri tərəfindən KNDS (KMW+NEXTER Defense Systems) şirkətinin təkərli “Caesar” haubitsasına çox bənzəyən təkərli SH15 ÖAQ-a uyğun olaraq SH16 kimi adlandırılıb.

Nəzərə almaq lazımdır ki, təkərli şassiyə quraşdırılmış SH15 ÖAQ da ixrac təyinatıdır (Çin ixrac üçün lüləli artilleriya silahlarını təqdim edib). Bildirilir ki, bu Çin ordusunda silahlanmada olan 155mm/52 çaplı PCL-181 özüyeriyən haubitsasıdır. Bu artilleriya qurğusu ilk növbədə digər ölkələrə satışa yönəldiyindən ixrac maşınları üçün ənənəvi indeksin istifadəsi ilə işarələnir.

Qülləyə quraşdırılmış haubitsa 155 mm-lik “Archer” ÖAQ-a bənzəyir – baxmayaraq ki, “Archer”dəkindən daha kiçikdir – tam avtomatik silah tuşlama xüsusiyyətinə malikdir. Bu, 155 mm-lik mərmi və onun atımlarını doldurmaq üçün yarıavtomatik sistemdən (əl ilə) istifadə edən “Caesar” və SH15 ÖAQ-dan fərqlidir.

Təbii ki, müqayisə üçün Slovakiyadan TMG EVA və Serbiyadan “NORA” özüyeriyən artilleriya qurğuları da var. Lakin bunlar barədə növbəti dəfə…

Özüyeriyən SH16 qurğusu 52 çap uzunluğunda 155 mm-lik haubitsa ilə silahlandırılıb. Qeyd olunur ki, onun aktiv-reaktiv döyüş sursatlarından istifadə etməklə maksimal atəş məsafəsi 53 km-ə çatır.

14 tonluq modul, silahın özündən əlavə, uzaqdan idarə olunan avtomatik doldurucuya malikdir, döyüş dəstinə isə 64 dəst atəş yığımı daxildir. Artıq ənənəvi olaraq Çin özüyeriyən silahlarının modulu sursatların uçuş sürətini ölçmək üçün radiolokasiya stansiyası ilə təchiz edilir. Bundan başqa ÖAQ, düzünə atəş üçün optik stansiya ilə təchiz edilib.

Qurğunun arxa hissəsindəki atışın enerjisini kompensasiya edən dayaq atəş zamanı sabitliyi təmin edir. Lakin qurğunun döyüşə və yürüşə gətirilmə vaxtı barədə məlumat verilmir.

Zirehdən əlavə, haubitsa özünümüdafiə üçün uzaqdan idarə olunan pulemyot modulu ilə də təchiz oluna bilər. Həmçinin, tüstü maneələri qurmaq üçün onun üzərinə tüstü qumbaraatanları quraşdırılır.

Əhəd Vahidoğlu

CATEGORIES