AerospaceMüdafiəSənaye

Çin yeni zərbə helikopter PUA-sı yaradıb

Çinin “Changhe Aircraft Industries Corporation (CAIC)” şirkəti “Airshow China 2016” sərgisində yeni pilotsuz uçuş aparatını (PUA) nümayiş  etdirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, AV500W versiyalı PUA-nın döyüş təyinatına 200 km radiusda kəşfiyyat və döyüş tapşırıqlarını yerinə yetirmək daxildir.

Helikopter dizaynında olan PUA xizək şassisi üzərində yaradılıb. PUA-nın pəri iki qanadlıdır.

PUA hədəfi müəyyənləşdirmək üçün nişangah-sensor və lazer müşahidə sistemi ilə təchiz olunub.

Qurğunun maksimum çəkisi 470 kq, kəşfiyyat aparan zaman uçuş müddəti 8 saat, zərbə əməliyyatı vaxtı isə bu müddət 4 saata enir. Uçuş hündürlüyü 4 min metrdir.

Aparatın uzunluğu 7,2 m, hündürlüyü isə 2,4 m-dir.

 

Back to top button