
Çinin CH-7 pilotsuz döyüş təyyarəsi ilk uçuşunu həyata keçirib
Çinin uzun müddət havada qala bilən yeni CH-7 “stealth” pilotsuz döyüş təyyarəsi (PDT) ilk uçuşunu uğurla tamamlayıb.
“Poliqon” CCTV-yə istinadən xəbər verir ki, bu yaxınlarda keçirilmiş sınaqda PDT, uzun uçuş müddəti, gizlilik (radar görünməzliyi) və yüksək kruiz sürət nümayiş etdirib.
Bildirilib ki, CH-7, mürəkkəb şəraitdə yerüstü müşahidə, məlumat dəstəyi və rabitə ehtiyaclarını qarşılamaq üçün dizayn edilib.
CCTV-nin məlumatına görə, yeni PDT uçuş göstəricilərinin tam diapazonunun yoxlanılması və faydalı yük funksiyalarının təsdiqi də daxil olmaqla, əlavə sınaqlardan keçəcək.


