“Cirit” raketləri Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub
ROKETSAN şirkəti lazerlə idarə olunan “Cirit” raketlərinin ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə (TSK) təhvil verib. “AzeriDefence”nin Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, artıq 100 ədəd raket TSK-nın inventarına daxil olub və istifadəyə hazırdır. Hava-yer tipli və 8 km mənzilə sahib raketlər ATAK T-129 helikopterlərində istifadə olunacaq.
ROKETSAN tərəfindən həyata keçirilən proqram çərçivəsində TSK-ya ümumilikdə 2 min raket çatdırılacaq.
“Cirit”in indiyədək atışlarında hava platforması olaraq AH-1W helikopteri istifadə edilib.
KATEQORIYA: Müdafiə