
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu ölüb.
“AzeriDefence” “news.am” saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağın Şərq istiqamətində saat 11:50 radələrində 1998-ci il təvəllüdlü hərbçi Ayk Xaçatryan mina partlayışı nəticəsində aldığı xəsarətlərdən ölüb.
Qondarma rejimin Müdafiə Nazirliyindən faktı təsdiqləyərək bildiriblər ki, hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün istintaq aparılır.



