Müdafiə

Daxili Qoşunlarının ali hərbi məktəbinin yaradılması prosesi yekunlaşır

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının ali hərbi məktəbinin yaradılması prosesinin yekunlaşmaq üzrədir. “AzeriDefence”nin məlumatına görə, bu barədə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirib.

Hazırda prosesin yekun mərhələdə olduğunu deyən generalın sözlərinə görə, artıq məktəbin müasir təlim-tədris bazası yaradılıb, zəruri infrastrukturu formalaşıb: “Artıq qərargah və müdavim yataqxanası hazırdır. Hesab edirəm ki, qısa zamanda Daxili Qoşunların hərbi məktəbi öz işinə başlayacaq”.

Back to top button