
Cənubi Afrika Respublikasının (CAR) “Denel” şirkəti “Ikunzi PAW 20” yarımavtomat qumbaraatan tüfəng hazırlayıb.
“AzeriDefence”nin xarici hərbi mediaya istinadən verdiyi məlumata görə, yeni silah 20×42 mm çaplı qumbaralarla 1000 metr atış məsafəsinə malikdir.
Çəkisi 6.8 kq təşkil edən silah 5 qumbara tutumlu xəzinə və qırmızı nöqtəli kollimator nişangahla komplektləşdirilib.
Qumbaraatanın bazardakı analoqlarından bir fərqi də onun tapança qulpunun və zərbə-tətik mexanizminin sağ tərəfdə yerləşməsidir.
İstehsalçı firmanın nümayəndələrinin sözlərinə görə, hazırda “Ikunzi PAW 20” qumbaraatanından HEI və SAPHEI mərmilərlə atışlar aparılır.







