
“Dəniz kuboku”nda iştirak edəcək Azərbaycan komandasının hazırlıq məşqləri davam edir
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək Azərbaycan komandası plana uyğun olaraq hazırlıq məşqlərini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məçumata görə, Azərbaycan hərbi dənizçiləri “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodu üzrə məşq çalışmalarını yerinə yetiriblər.
Qeyd edək ki, cari ilin avqust ayının 15-dən 25-dək keçiriləcək beynəlxalq müsabiqədə Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçiləri mübarizə aparacaqlar.
CATEGORIES Xəbərlər