DERİNGÖZ avtonom sualtı vasitəsi xidmətə hazırdır
ASELSAN şirkətinin inkişaf etdirdiyi DERİNGÖZ avtonom sualtı vasitəsinin ilk dalışlı sistem sınaqları uğurla tamamlanıb.
“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin “X” hesabında paylaşım edilib.
Paylaşımda dərinlərin milli gözü olan DERİNGÖZ avtonom sualtı vasitəsinin xidmətə hazır olduğu bildirilib.
Türkiyənin sualtında avtonom üzmək qabiliyyətinə malik ilk platforması olan DERİNGÖZ həm hərbi, həm də mülki missiyalar yerinə yetirilməsi üçün nəzərdə tutulub. O, yüksək manevr qabiliyyəti, dəqiq naviqasiya imkanı, optik və sonar görüntüləmə texnologiyaları sayəsində sualtı araşdırma, kəşfiyyat-müşahidə, mina aşkarlama, boru kəmərinin yoxlanılması, liman və bazaların mühafizəsi kimi bir çox kritik vəzifələrdə istifadə edilə bilər.