DGK-nın 3 əməkdaşına general rütbəsi verildi
Azərbaycan prezidenti Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, Komitənin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayevə və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini Səhət Həbibbəyliyə gömrük xidməti general-mayoru, DGK Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə isə tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
CATEGORIES Müdafiə