“Displey” yeni döyüş modulunu “MILEX-2021” sərgisində nümayiş etdirəcək

“Displey” yeni döyüş modulunu “MILEX-2021” sərgisində nümayiş etdirəcək

Belarusun “Displey” Konstruktor Bürosu “MILEX-2021” Beynəlxalq Silah Sərgisində özünün yeni ADUNOK-BM-30 döyüş modulunu nümayiş etdirəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidməti məlumat yayıb.

30 mm-lik topa sahib yeni döyüş modulu “Displey” tədqiqat və istehsalat müəssisəsinin perspektivli layihələrindəndir. Zirehli transportyorları (ZTR) və piyadaların döyüş maşınlarını (PDM) təchiz etmək üçün nəzərdə tutulub. Modul, motoatıcı, habelə piyada bölmələrinin atəş gücünü artırmaqdan ötrü perspektivli və təkmilləşdirilmiş zirehli döyüş maşınlarına da quraşdırıla bilər.

Əsas silah olan 30 mm-lik 2A42 və ya 2A72 avtomatik topu ilə bir dəst 7,62 mm-lik PKT tank pulemyotu qoşalaşdırılıb.

ADUNOK BM-30 döyüş modulu, hava hədəflərinə atəşetmə imkanı sayəsində zirehli döyüş maşınlarının tətbiq dairəsini genişləndirməyə imkan verir. 75 dərəcəyə qədər şaquli qalxma bucağı, 360 dərəcə dönmə bucağı və dəqiqədə maksimal 550 atəş tempi sayəsində döyüş modulu kiçik pilotsuz uçuş aparatlarını (PUA), aşağı hündürlükdə uçan təyyarələri və helikopterləri, eyni zamanda yüngül zirehli texnikalarla səhra istehkamlarını məhv etməyə qadirdir.

Əsas texniki xüsusiyyətləri:

Silahları:

  • əsas – 30 mm-lik 2A42/2A72 avtomatik topu;
  • qoşalaşdırılmış – 7,62 mm-lik PKT pulemyotu;
  • Atəş tezliyi – dəqiqədə 550 atəş;
  • məsafənin ölçülməsi – 6500 m-ə qədər;
  • hədəfləri məhvetmə məsafəsi – 4000 m-ə qədər.

Tuşlama bucaqları:

  • şaquli müstəvidə – -5 +75 dərəcə;
  • üfüqi müstəvidə – 360 dərəcə.

Döyüş dəsti:

  • 30 mm-lik 2A42/2A72 avtomatik topu – 300 atəş yığımı;
  • 7,62 mm-lik PKT pulemyotu – 2000 patron.

Kütləsi:

  • Silahsız – 1120 kq;
  • Silahla – 1380 kq.

Fırlanan platformanın qabarit ölçüləri:

  • uzunluğu – 1540 mm;
  • eni – 1820 mm.
  • hündürlüyü – 640 mm.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS