Dövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alınıb

Dövlət sərhədindən qanunsuz keçmə cəhdinin qarşısı alınıb

Oktyabr ayının 26-da saat 04:35-də Azərbaycandan Rusiya istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən şəxs Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

CATEGORIES