DSX narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb

DSX narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb

Avqust ayının 5-də saat 19:32-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 630 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

CATEGORIES