
Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb
Sentyabr ayının 29-da saat 01:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin, Cəlilabad rayonunun Gülməmmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq İrandan Azərbaycan istiqamətində keçməyə cəhd edərkən dörd nəfər Əfqanıstan vətəndaşları 1993-cü il təvəllüdlü Rəşidi Abdulmunir Abdulxayum, 2002-ci il təvəllüdlü Reza Aciqzey Muhammed, 2002-ci il təvəllüdlü Tur Emran Abdulsəməd və 2003-cü il təvəllüdlü Bəxtiyar Muhammedrəsulafqan Neqmuhammad saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq İrandan Azərbaycana, daha sonra Rusiyaya keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.